Azad edilmiş ərazilərdən metal toplayan şəxslər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azad edilmiş ərazilərdən metal toplayan şəxslər saxlanıldı

Hadisə

03 May 2022 17:47 366


Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq metal tullantılar toplayan şəxslər saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının birgə keçirdikləri tədbirlər nəticəsində Təzəkənd kəndi ərazisində nəzarət postunda Misir Alıyev, Şahmar Allahverdiyev, Pərviz Məmmədov və Ravel Süleymanovun idarələrində olan “Shacman” markalı yük avtomobili saxlanılıb. Avtomobilin yük yerinə baxış keçirilən zaman işğaldan azad edilmiş ərazilərdən qanunsuz olaraq topladıqları metal tullantılar aşkar edilib.

Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!