Azadlıq prospektində qəza: 84 yaşlı kişini maşın vurdu

saytların hazırlanması

Evə çatdırılma

Azadlıq prospektində qəza: 84 yaşlı kişini maşın vurdu

Hadisə

07 Mart 2023 09:55 913


Bakıda avtomobil 84 yaşlı kişini vuraraq öldürüb.

Yenisabah.az xəbər verir ki, hadisə martın 6-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 185 ünvanında qeydə alınıb.

Sadıqov Mehdi Şirazi oğlu idarə etdiyi "VAZ-21074" markalı avtomobillə hərəkətdə olan zaman yolu soldan sağa doğru keçən piyada, 1939-cu il təvəllüdlü Babayev Arif Nemət oğlunu vurub. Piyada aldığı xəsarətlərdən müalicə aldığı Kliniki Tibbi Mərkəzdə vəfat edib. Pepperoni pizza

Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!