AZAL bu istiqamətdə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

AZAL bu istiqamətdə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırdı

Sosial

03 Fevral 2025 12:15 204


Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması ucbatından AZAL aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.

Yenisabah.az xəbər verir ki, bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!