AZAL-dan açıqlama: Bu reyslər ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

AZAL-dan açıqlama: Bu reyslər ləğv olundu

İqtisadiyyat

16 İyun 2025 14:57 605


Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin 16 iyun 2025-ci il tarixində həyata keçirilməsi planlaşdırılan aşağıdakı reyslər ləğv olunub:

 • Bakı – Dammam – Bakı (J2 8205/8206)

 • Bakı – Bəhreyn – Bakı (J2 505/506) pizza hut

 • Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)

 • Bakı – Lahor – Bakı (J2 145/146)

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərdə bildirilir ki, bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:

 • 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı

 • 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı

AZAL uçuşların təhlükəsizliyini prioritet olaraq müəyyən edir və vəziyyətin inkişafını yaxından izləyir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə vaxtında və operativ şəkildə məlumatlandırılacaqlar.

Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!