AZAL iki populyar kurort şəhərinə uçuşlara başlayır 

saytların hazırlanması

Evə çatdırılma

AZAL iki populyar kurort şəhərinə uçuşlara başlayır 

İqtisadiyyat

24 Aprel 2025 15:16 377


Azərbaycanın milli aviadaşıyıcısı AZAL yay uçuş cədvəli çərçivəsində sərnişinlərə daha geniş səyahət imkanları təqdim etməyə davam edir. Aviaşirkət 28 aprel tarixindən Tivata, mayın 2-dən isə Batumiyə müntəzəm uçuşlar yerinə yetirəcək.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, bu populyar kurort şəhərlərinə reyslər həftədə iki dəfə həyata keçiriləcək: Monteneqronun Tivat şəhərinə — bazar ertəsi və cümə axşamı, Gürcüstanın Batumi şəhərinə isə cümə və bazar günləri. 

AZAL ilə dəniz sahillərində yerləşən Tivat və Batumiyə səyahət edərək yay istirahətinizi daha yaddaqalan, unudulmaz bir təcrübəyə çevirin. pizza sifarişi

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!