AZAL-ın təyyarəsi bu gün İrəvana uçacaq? 

saytların hazırlanması

Evə çatdırılma

AZAL-ın təyyarəsi bu gün İrəvana uçacaq? 

Maraqlı

08 Dekabr 2023 14:57 4210


Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq əsasında hərbi qulluqçuların dəyişdirilməsi prosesinin hansı şəraitdə keçirilməsi məlum olub. 

Yenisabah.az-ın Axar.az-a istinadən məlumatına görə, Azərbaycanda olan 32 erməni əsilli hərbi qulluçu Bakıdan təyyarə ilə İrəvana aparılacaq. Azərbaycanın Ermənistanda olan 2 hərbi qulluqçusu (Hüseyn Axundov və Aqşin Bəbirov) isə həmin təyyarə ilə Bakıya gətiriləcək. 

Qeyd edək ki, əsir mübadiləsi üzrə danışıqlar birbaşa aparılıb və vasitəçi olmayıb.  Sezar pizza

Məlumat üçün bildirək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər.

Belə ki, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir.

Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!