AZAL-ın təyyarəsi türklərə şok yaşatdı

saytların hazırlanması

Evə çatdırılma

AZAL-ın təyyarəsi türklərə şok yaşatdı

Dünya

12 İyun 2019 11:07 5402


Sərnişin təyyarələri Türkiyənin Milas-Bodrum hava limanında bir müddət eniş edə bilməyiblər. Bəzi təyyarələr İzmir və Dalamana yönldəndirilib.

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb Azərbaycan avişirkəti olan AZAL-a aid Airbus A340-600 tipli sərnişin təyyarəsinin uçuş zolağından dönə bilmədiyi və geri qayıtmaq üçün kömək istəməsi olub. Təyyarə uzun müddət uçuş zolağını məşğul etdiyi üçün bir müddət havada qalan təyyarələr digər hava yollarına yönləndirilib. 

"Azərbaycan Hava Yolları"nı aid təyyarə  uçuş zolağını tərk edəndən sonra vəziyyət qaydaya düşüb. Dünyanın ən böyük sərnişin təyyarəsindən daha uzun olan A340-600 tipli təyyarənin bu hava limanına enişi müzakirə mövzusu olub.  Toyuqlu pizza

Qeyd edək ki, Atatürk Hava Limanına eniş edəndə belə problemlə üzləşən 75 metr uzunluğundakı Airbus 340-600, A380-dən 2 metr daha uzun gövdəyə malikdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!