AZAL səyahətləri daha rahat edir: minik talonlarını artıq “Apple Wallet” və “Google Wallet”də saxlamaq mümkündür

saytların hazırlanması

Evə çatdırılma

AZAL səyahətləri daha rahat edir: minik talonlarını artıq “Apple Wallet” və “Google Wallet”də saxlamaq mümkündür

İqtisadiyyat

21 Noyabr 2025 17:30 804


Azərbaycanın milli aviadaşıyıcısı AZAL qeydiyyat və uçuşa minik prosesini daha da sadələşdirən yeni rəqəmsal funksiyanı istifadəyə verib.

Bu yenilik sayəsində sərnişinlər minik talonlarını “Apple Wallet” və “Google Wallet” mobil pulqabılarında saxlaya bilərlər. Xidmət AZAL-ın mobil tətbiqi vasitəsilə aviabilet əldə edən bütün sərnişinlər üçün əlçatandır.

Onlayn qeydiyyatdan sonra sərnişinlər sadəcə elektron minik talonunu pulqabına əlavə edə və internet bağlantısı olmadan onu smartfondan təqdim edə bilərlər. Bu həll uçuşa minik prosesini sürətləndirir, hava limanında nəzarət prosedurlarını daha rahat edir və sərnişinləri kağız sənədləri çap etmək zərurətindən azad edir. pizza sifarişi

Uçuşla bağlı bütün məlumatlar bir yerdə saxlanılır və səyahət boyu əlçatan olur. Bu, xüsusilə tranzit uçuşlar və rouminq zamanı istifadəçilər üçün əlverişli imkan yaradır.

Yeni funksiyanın istifadəyə verilməsi AZAL-ın rəqəmsal xidmətlərin inkişafı və səyahətləri daha komfortlu edən innovasiyaların tətbiqi strategiyasının tərkib hissəsidir. Aviaşirkət gələcəkdə də sərnişinlər üçün müasir və rahat rəqəmsal həllər təqdim etməyi davam etdirəcək.

Yeni funksiyanın istifadəsinə dair qısa video-təlimatla burada tanış ola bilərsiniz:https://youtube.com/shorts/u-TJs6jXKLM?feature=share


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!