Azarkeşi vurma cəhdinə görə cəza

saytların hazırlanması

Evə çatdırılma

Azarkeşi vurma cəhdinə görə cəza

İdman

08 Aprel 2025 13:37 227


Bu gün AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 29-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.

Yenisabah.az xəbər verir ki, “Səbail” – “Turan Tovuz” oyunu bitdikdən sonra qonaqların 77 nömrəli futbolçusu Veysəl Rzayev, azarkeşi vurmağa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla, 2 oyun cəzalandırılıb. “Turan Tovuz” 2000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

“Sabah” – “Kəpəz” oyunu bitdikdən sonra “Kəpəz”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klubu 1500 manat cərimələnib. Dördpendirli pizza

“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sumqayıt” 1000 manat cərimə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!