Azarkeşləri “Qarabağ”ı liderliyə yüksəltdi –  UEFA açıqladı

Azarkeşləri “Qarabağ”ı liderliyə yüksəltdi – UEFA açıqladı

İdman Veb saytların hazırlanması

12 Sentyabr 2019 13:43 1000


UEFA 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsinə qatılan klubların sosial şəbəkələrdəki rəsmi səhifələrində azarkeşləri ən aktiv olan klubun adını açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, bu, Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” klubudur. Ağdam klubunun hər bir izləyicisinin orta fəallıq göstəricisi 29,9-dur. İkinci sırada Serbiya “Srvena Zvezda”sı 3-cü yerdə isə Hollandiyanın “Ayaks” klubu qərarlaşıb. 2018-ci ilin iyunundan 2019-ci ilin müvafiq dövrünə qədər Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) yer alan 80 klublun sosial şəbəkələrdəki səhifələrində ümumilikdə 8,4 milyard fəaliyyət olub (bəyənmə, şərh, paylaşım).

Qeyd edək ki, hesabat hazırlanarkən,“Facebook”, “Instagram”, “YouTube” və “Twitter”dəki göstəricilər nəzərə alınıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!