“Azdrama“ beynəlxalq kibercinayətkar qrupla bağlı müraciət yaydı

saytların hazırlanması

Evə çatdırılma

“Azdrama“ beynəlxalq kibercinayətkar qrupla bağlı müraciət yaydı

Mədəniyyət

08 İyun 2023 11:17 5583


Akademik Milli Dram Teatrı beynəlxalq kibercinayətkar qrupun dələduzluq əməlləri ilə bağlı ictimaiyyətə müraciət edib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, müraciətdə beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı https://theatre-azdram.com/azb/events domenli sayt vasitəsi ilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif etdiyi bildirilir:

“Saytın domenində olan "azdram" sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında oynanılacaq. 50 manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir. Təəssüf ki, aldanan vətəndaşlar var. Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur”. pizza sifarişi

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə müraciət olunduğu qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!