“Azər Paşa Nemətovun nəşi soyumamış...” - Tanınmış aktyordan sərt sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Azər Paşa Nemətovun nəşi soyumamış...” - Tanınmış aktyordan sərt sözlər

Mədəniyyət

19 Aprel 2023 12:49 3662


Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti Azər Paşa Nemətovun vəfatından sonra ittifaqda yeni sədrin kim olacağı ilə bağlı qalmaqallar başlayıb. 

Yenisabah.az xəbər verir ki, bu haqda hər kəsin “Babək” filmindən Buğday kimi tanıdığı aktyor Məhəmməd Verdiyev sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə sədrlik üçün yaşlı nəsil daha iddialıdır: Dördpendirli pizza

“Azərbaycan Teatr xadimləri İttifaqının sədri Azər Paşa Nemətovun nəşi soyumamış, bu vəzifə uğrunda 44 günlük Vətən Müharibəsinə bənzər bir mübarizə başlayıb. Ən maraqlısı bilirsiniz nədir, yaşı 73 və yuxarı olan şəxslərin namizədliyidir. Və mən düşünüb belə qənaətə gəlirəm ki, əcəba, bu ölüm qabağı vəzifədir ya, əstəğfürillah, Allah bu millətin qocasına da, cavanına da bildiyi qədər can sağlığı versin. Amma ümmətin içində öylələri var ki, dövlətin qalmayan vəzifələrini özü kimi qocaldıb , indi də son vəzifə kimi bu dərgaha gəlib Allahın əmrini gözləyib Fəxri Xiyabanda bulunmaq istərlər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!