Azər Qasımlının cinayət işi üzrə məhkəmə iclası təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Azər Qasımlının cinayət işi üzrə məhkəmə iclası təxirə salındı

Kriminal

18 İyun 2025 20:04 613


Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutmayıb.

Oxu.Az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə başlayan prosesdə anket məlumatları dəqiqləşdirilib.

Prosesdə Azər Qasımlının vəkilləri iştirak etməyiblər. Ona ittihamla bağlı sənədlər də beş gün öncə verildiyi üçün iclas təxirə salınıb. Belə ki, Cinayət Prosessual Məcəlləsinə görə, həmin sənədlərin verilməsindən yeddi gün keçməlidir. Dominos pizza

Hazırlıq iclası iyunun 25-nə təyin edilib.

Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3 (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!