Azər Qərib səfir oldu

saytların hazırlanması

Evə çatdırılma

Azər Qərib səfir oldu

Şou

25 Dekabr 2025 09:20 42554


Azər Qəribə vəzifə verilib.

"Yeni Sabah" xəbər verir ki, o, Özbəkistanın Azərbaycandakı turizm səfiri təyin edilib.

Aparıcı sosial şəbəkə hesabında bu barədə məlumat yayıb: pizza

"Mən Şərqşünaslıq fakültəsini bitirmişəm. O vaxt tələbə yoldaşlarımın bir çoxu səfir olmaq istəyirdi. Bu gün Xarici İşlər Nazirliyində səfir və diplomat dostlarım var. Həmişə deyirdim ki, mənim yolum mediadan, jurnalistikadan keçir. Bu sistemə yönəlmədim. Amma sən saydığını say, gör fələk nə sayır.

Bu gün, üstündən 45 il keçdikdən sonra səfir oldum. Özbəkistan tərəfi mənə böyük etimad göstərdi və bu ölkənin Azərbaycandakı turizm səfiri seçildim. Səfirliyə getdim, sertifikat təqdim etdilər və məni təbrik etdilər. Ali məktəbdən sonra iki il Aşqabadda qulluq etmişəm, orada yaşamışam. Qərargah Daşkənddə yerləşdiyi üçün ora tez-tez gedib-gəlmişəm. Ona görə də Özbəkistan mənim üçün doğmadır".


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Medet
    Çox maraqlı insandı uşaqlıqdan izləyirəm bu insani
    5 months ago