Azərbaycan 20 iranlı məhbusu ölkəsinə təhvil verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan 20 iranlı məhbusu ölkəsinə təhvil verdi

Maraqlı

23 İyun 2021 15:38 677


Bu gün Azərbaycanda həbsdə olan 20 iranlı məhbus Astara sərhəd-buraxılış məntəqəsi vasitəsi ilə İrana ekstradisiya olunub.

Yenisabah.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

S.A.Musəvinin sözlərinə görə, ekstradisiya olunan iranlı məhbusların 9-u qadındır. Pepperoni pizza

S.A.Musəvi əlavə edib ki, ekstradisiya Azərbaycan və İran arasında məhbusların mübadiləsi üzrə dövlətlərarası razılaşma çərçivəsində həyata keçirilib. Ekstradisiya olunan şəxslər məhbusluq həyatının qalan hissəsini İran həbsxanalarında keçirəcəklər: “Azərbaycanda təxminən daha 200 iranlı məhbus var ki, əsasən narkotik vasitələr, Azərbaycana qeyri-qanuni giriş və qanunsuz yaşama ilə əlaqədar cinayətlərə görə həbs olunublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!