Azərbaycan 4 günlük iş rejiminə keçir? –   “İş saatlarını 1 saat azaltmaqla...”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan 4 günlük iş rejiminə keçir? – “İş saatlarını 1 saat azaltmaqla...”

Sosial

29 Yanvar 2025 16:49 84347


Böyük Britaniyada 200-dən çox şirkət 4 günlük iş rejiminə keçid edib. Fond rəsmiləri bu tənzimləmənin səmərəliliyi artırmaq və işçilərin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıdığını bildiriblər.

Ölkəmizdə isə bu cəhətdən şərtlər bir az fərqlidir. Bizdə nəinki 5, hətta bir sıra müəssisələrdə 6 günlük iş həftəsi mövcuddur.

Bəs Azərbaycandakı müəssisələrin iş qrafikində hər hansısa yenilik, dəyişiklik gözlənilə bilərmi? pizza mizza

İnsan resursları üzrə mütəxəssis İlkin Mirzəzadə sözügedən ehtimalı “Yenisabah.az-la müzakirə edib. Ekspert bildirib ki, hazırkı vəziyyətdə bu, mümkün deyil:

“Hazırda biz 4 günlük iş rejiminə bütün müəssisələrdə keçə bilmərik. Pilot olaraq bəzi dövlət qurumları və müəssisələr yavaş-yavaş buna keçə bilər. Amma burada bir şeyi nəzərə almaq lazımdır. İstehsalat müəssisələri, müəyyən sektorda fəaliyyət göstərən kafe, restoran, otel və digər şəbəkələri sözügedən rejimə tam şəkildə keçə bilməz. Həmin iş yerləri 6 günlük qrafiklə çalışdığı üçün nəinki 4, heç 5 günlük iş rejiminə keçid də mümkün görünmür”.

İ.Mirzəzadə yalnız müstəqil fəaliyyət göstərən şirkət və qurumların belə bir dəyişikliyə gedə biləcəyini vurğulayıb:

“Hansı müəssisənin xaricdən gəlirləri varsa və bu məqam onlar üçün xüsusi bir əhəmiyyət kəsb etmirsə, onlar üçün həmin qrafik rahatlıqla uyğundur. Lakin elə iş yerləri də var ki, yerli müəssisələrdə çalışır və qrafik 5 günlükdür. Həmçinin, dövlət qurumları, eyni zamanda banklar da 5 günlük rejimdə fəaliyyət göstərir. 4 günlük iş həftəsinə keçid həmin qurumların səmərəliliyini azaldacaq. Alternativ olaraq, hibrid yanaşma təklif edilə bilər. İş qrafiki müəyyən dərəcədə təkminləşdirilə, hər bir işçi müəyyən vaxta gələ bilər. Yaxud iş qrafikinin saatında müəyyən dəyişikliklər oluna bilər. Gün ərzindəki iş saatlarını 1 saat azaltmaqla 35-ə salmaq olar. Bu da 4 günlük iş qrafikinə oxşar olacaqdır”.

Aytac Şahin 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mehman
    Maaşları əmməli versinlər 4 gunluk lazim deyil. Birincisi bu hokumet bu xalqa yaxşiliq etmez.
    1 year ago
  • Gulya
    Cox super olardi 4 gunluk is rejimi ishleyen analara cox cetindi
    1 year ago
  • Tural
    Vallah bu qanunu yeniliklər ele müəssisələr var ki onlara aid olmur nədənsə.
    1 year ago
  • Bahar
    Əla fikirdir sizi təbrik edirik
    1 year ago
  • Bahar
    Çox gözəl 4 günlük iş rejmi olmalıdır 100 ses bizden sizi təbrik edirik
    1 year ago
  • Lamie
    Bizim ölkədə axı, o qədər sürətlə inkişaf və tərəqqi gedir ki hətta 4 günlük iş rejiminə keçən Fillandiya və diğər inkişaf etmiş Avropa və dünya ölkələri belə təzədən bizə baxıb hətta 7 günlük iş rejiminə keçmək istəyirlər.Bəs necə görmürsünüz heç bir qurumda və insanların sosial rifahına zərrə qədər olsun neqativ hal yoxdur!!!!
    1 year ago