Azərbaycan Avrasiyanın İKT xəritəsinə daxil olacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Avrasiyanın İKT xəritəsinə daxil olacaq

İqtisadiyyat

09 Noyabr 2019 15:59 1353


İqtisadi Əməkdaşlıq Təşkilatın (İƏT) bölgəsində böyük potensiala malik digər bir sahə də informasiya-kommunikasiya texnologiyaları sahəsidir.

"Yeni Sabah" xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İƏT-in Antalyada keçirilən Nazirlər Şurasının 24-cü iclasında deyib.

Nazir bildirib ki, Azərbaycan Qazaxıstan və Türkmənistan ilə, ölkələrimizin adlarını Avrasiyanın İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) xəritəsinə salmaq üçün genişzolaqlı şəbəkə qurmaq məqsədilə Transxəzər fiber-optik kabel bağlantısının həyata keçirilməsində əməkdaşlıq edir. pizza sifarişi

"Rəqəmsal fərqin aradan qaldırılmasına yönələn BMT-nin təşəbbüslərinə töhfə verməyə davam edəcəyik. Bu həm də İƏT bölgəsində ticarətin rəqəmsallaşdırılmasına kömək edəcək", - deyə E.Məmmədyarov vurğulayıb.

Onun sözlərinə görə, İƏT çərçivəsində həyata keçirilə biləcək mümkün birgə layihələrdən biri də ticarətin rəqəmsallaşdırılmasıdır. "Bu daha çox ticarət həcmini cəlb edə bilər. Bu cür elektron ticarət platformalarını bölgədəki tərəfdaşlarımızla birlikdə təşviq edə bilərik” - deyə, o, bildirib.

Xatırladaq ki, ümumi uzunluğu 380-400 km olacaq Transxəzər magistralının çəkilməsi ilə bağlı Azərbaycanın "AzerTelecom" şirkəti və Qazaxıstanın "Transtelekom" və "KazTransCom" şirkətləri tikinti üzrə müvafiq müqavilə imzalayıb. /Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!