Azərbaycan “Avroviziya”da 12 xalı Böyük Britaniyaya deyil, Ukraynaya veribmiş 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan “Avroviziya”da 12 xalı Böyük Britaniyaya deyil, Ukraynaya veribmiş 

Mədəniyyət

15 May 2022 09:22 1853


“Biz 12 xalı münsif heyəti olaraq, Ukraynaya vermişdik. Lakin texniki səbəbdən müsabiqənin gedişatında canlıya qoşula bilmədik və bizim 12 səs Ukraynaya verilmədi”.

Bunu “Avroviziya 2022” mahnı müsabiqəsində Azərbaycanın münsiflər heyətinin səsini açıqlamalı olan jurnalist Nərmin Salmanova İctimai TV-nin canlı yayımında deyib.

Salmanova vurğulayıb ki, canlı bağlantıya qoşulmamağın səbəbi də onların tərəfindən deyil, təşkilatçıların ucbatından olub. pizza hut

Daha sonra isə tanınmış jurnalist bir video paylaşaraq əslində Azərbaycanın münsiflər heyətinin səslərinin necə açıqlanmalı olduğunu göstərib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!