Azərbaycan Ay və Marsın tədqiqi ilə məşğul olacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ay və Marsın tədqiqi ilə məşğul olacaq

Maraqlı

02 Oktyabr 2023 19:40 433


2030-cu ilə qədər Azərbaycan kosmik sahədə tədqiqatları dərinləşdirəcək, Ay və Marsın tədqiqi, eləcə də planetlərarası tədqiqatla məşğul olacaq.

Yenisabah.az xəbər verir ki, bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində baş tutmuş sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Komsik Agentliyin (“Azərkosmos”) direktoru Saməddin Əsədov bildirib.

“Azərbaycan komsik tədqiqatları genişləndirməkdə maraqlıdır. Biz bu gün İsrailin Kosmik Agentliyi ilə əməkdaşlıq müqaviləsi imzaladıq. Bu müqavilə çərçivəsində Agentlik bizə yerin müşahidəsini aparmaqda kömək edəcək”, - deyə o qeyd edib. Dominos pizza

Bundan başqa, S.Əsədov əlavə edib ki, son 10 ildə Azərbaycan kosmik tədqiqatlara 600 milyon ABŞ dolları investisiya yatırıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!