2025-ci ilin yanvar- fevral aylarında banklar 179.4 milyon manat xalis mənfəət, 275.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Bu barədə Azərbaycan Mərkəzi Bankının Statistik bülletenin Fevral buraxılışında bildirilir. Öncəki ilin, yəni 2024-cü ilin yanvar – fevral aylarında banklar 209.8 milyon manat xalis mənfəət, 298.3 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişdilər. Beləliklə, bank sekrounun xalis mənfəəti cari ilin ilk 2 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 30,4 milyon manat və ya 14,5% azalıb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Fuad İbrahimli bildirib ki, sözügedən rəqəmləri durğunluq kimi qəbul etmək üçün erkəndir: Pepperoni pizza
“Mərkəzi Bankın bu statistik bülleteninə diqqət yetirdikdə, görürük ki, ilin ilk 2 ayı ilə bağlıdır. Ona görə də, bunu durğunluq, tənəzzül yaxud inkişaf dinamikası kimi qəbul etmək üçün tezdir.
Ən azından ardıcıl 1-2 rübdə hər hansı bir rəqəmin təhlilinə fikir bildirmək olar. Adətən ilk 2 ayda fərqlilik çox ola bilir. Çünki bunlar “boz” aylardı və iqtisadi aktivlik kifayət qədər olmur.
Keçən il aşağı olan göstəricilər bu il yüksək ola bilər. Biz bunu dayanıqlı iqtisadi inkişafla əlaqələndirə bilmərik. Yaxud əksinə, indiki vəziyyəti tənəzzüllə əlaqələndirmək düzgün olmaz”.
Ekspert qeyd edib ki, bankların gəlirləri aktivlikdən asılıdır:
“Yəni kreditlərin verilməsi, pul dövriyyəsi və yaxud əmanətlərin qorunması.
Əgər kredit götürülmürsə, aydın məsələdir ki, bazarda aktivlik aşağı enir. Bunun mənbələri isə kifayət qədərdir. İndiki vəziyyətdə hər hansı bir təhlükəli məqam yoxdur və qeyd olunan göstəricilər iqtisadi olaraq, hər hansı bir fikir formalaşdırmır”.
Nazim Hacıyev
Telegram kanalımız