“Facebook”da Azərbaycan bayrağına zibil büküldüyünü əks etdirən görüntülərin yayılmasına rəsmi reaksiya verilib.
“Yeni Sabah” xəbər verir ki, iddiaya görə, foto Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində çəkilib. Məsələ ilə əlaqədar saytımıza açıqlama verən qurum sözçüsü Füzuli Məmmədov qeyd edib ki, bəzi xəbər saytları isə məsələni araşdırmadan öz səhifələrində bu mövzu ilə bağlı məlumat yerləşdiriblər:
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti harada, hansı ünvanda baş verməsindən asılı olmayaraq Azərbaycan Bayrağına edilən hörmətsizliyi kəskin pisləyir. Xidmətin şəxsi heyəti Azərbaycanın dövlət atributlarını müqəddəs bilir və onlardan istifadə qaydaları barədə qanunvericiliyin tələblərinə tamamilə riayət edir. Sezar pizza
Bununla belə qeyd edilən məsələ Xidmət tərəfindən tam nəzarətə götürülməklə ciddi araşdırılır”.
Onun szölərinə göər, əgər iddia edildiyi kimi, bu hal Xidmətin müvafiq struktur bölməsində baş veribsə, cavabdeh şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir.
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti belə bir həssas məsələdən sui-istifadə etməklə dövlət qurumunun ümumi fəaliyyəti barədə ictimai rəydə çaşqınlıq yaratmaq cəhdlərindən təəssüfünü ifadə edir” – F.Çəmmədov sonda əlavə edib.
Telegram kanalımız