Azərbaycan bu ölkələrlə əməkdaşlığa hazırdır - XİN məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan bu ölkələrlə əməkdaşlığa hazırdır - XİN məlumat yaydı

Siyasət

29 Noyabr 2021 22:45 779


Sakit Okean Alyansı (SOA) təşkilatının III Beynəlxalq Əməkdaşlıq Forumu keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki,  “Dayanıqlı sosial iqtisadi regional canlanma: beynəlxalq əməkdaşlığın töhfəsi” mövzusunda keçirilən forumda təşkilatın daimi, assosiativ və müşahidəçi qismində 60-dan çox üzv ölkəsinin nümayəndələri, o cümlədən XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov iştirak edib. Toyuqlu pizza

Onlayn formatlı forumda çıxış edən E.İskəndərov Alyansın fəaliyyətində müşahidəçi üzv kimi iştirak edən Azərbaycanın şimal-cənub, şərq-qərb istiqamətləri üzrə nəqliyyat tranzit imkanlarının Alyans ölkələri üçün əhəmiyyəti haqda iştirakçıları məlumatlandırıb.

Qırx dörd günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı yenidənqurma işləri haqqında danışan səfir Azərbaycanın bu sahədə də SOA ölkələri ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Forum müzakirələrində iştirak edən nümayəndələr ölkəmizin azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma təcrübəsinin unikallığını qeyd edərək, bu sahədə əməkdaşlığa maraqlarını ifadə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!