Bu yay "Neftçi"dən ayrılan və sabiq klubu “Slaven”ə (Xorvatiya, Belupa) qayıdan Qoran Paratski Azərbaycan Premyer Liqası haqda fikirlərini bildirib.
“Yeni Sabah” xəbər verir ki, ölkəsinin mətbuatına danışan xorvatiyalı yarımmüdafiəçi bununla bağlı deyib: "Azərbaycan Premyer Liqasında 8 klub var. Ora klublar və keyfiyyət Xorvatiya çempionatından aşağıdır. Mən Azərbaycanda oynadığım zaman "Qarabağ" və "Neftçi" sıçrayış edirdi. Bu liqanı yaşı 30-dan yuxarı olan futbolçulara tövsiyə edirəm".
Qeyd edək ki, 32 yaşlı Paratski 2018/2019 mövsümünü "Neftçi"də keçirib. Dördpendirli pizza
Telegram kanalımız