Azərbaycan da, Ermənistan da “sülh” deyir - Bəs niyə müqavilə imzalanmır?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan da, Ermənistan da “sülh” deyir - Bəs niyə müqavilə imzalanmır?

Siyasət

22 Noyabr 2023 16:06 1022


“Ermənistan tərəfinin sülhə bağlı bəyanatlarını davamlı şəkildə eşitməkdəyik. Sadəcə olaraq, problem ondadır ki, Ermənistan müstəqil dövlət ola və müstəqil siyasət keçirə bilmədiyindən özünün qərar vermək ixtiyarı yoxdur”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

Analitik Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən sülhə bağlı yayılan sonuncu bəyanatı şərh edib.  Sezar pizza

Xatırladaq ki, Ermənistanın XİN-in açıqlamasında bildirilib ki, rəsmi İrəvan Ermənistanın Azərbaycanla münasibətlərin nizamlanması və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması naminə səy göstərmək üçün siyasi iradəsini bir daha təsdiq edir. 

Həmçinin Ermənistan XİN-dən bildirilib ki, danışıqlar prosesinin dalana dirənməməsi və regionda davamlı sülhə nail olmaq üçün Ermənistan sazişlə bağlı öz müşahidələrini Azərbaycana çatdırıb. 

O.Qasımov isə hesab edir ki, İrəvan özünün havadarları olan Fransanın və Qərbin göstərişlərinə diqqət verir və onun üzərindən hərəkət edir:

“Məhz bu səbəbdən də proses uzanmaqdadır. Ermənistan Xarici İşlər nazirliyi tərəfindən verilən analoji bəyanatları imitasiya və manipulyasiya kimi qiymətləndirirəm. Yəni Ermənistan sülhə hazır deyil və Azərbaycanın 2 ilə yaxındır ki, təklif etdiyi 5 baza prinsipi üzərində görüntü yaradır ki, guya iş və bunun üzərində müəyyən təkliflər olur və geri qaytarılır”. 

Analitik sual edib ki, əgər Ermənistan sülhə hazırdırsa, niyə 2 aya yaxındır Azərbaycanın Ermənistana göndərdiyi növbəti düzəliş variantını hələ də cavablandırmayıb və bununla bağlı mövqe ortaya qoymayıb: 

“Bu məsələlər Ermənistandan asılıdır. Əgər İrəvan hazırdırsa, biz çoxdan masaya oturmaq niyyətindəyik və qərar verib bu məsələləri həll etmək olar. Ermənistan son 4 ayda Azərbaycana qarşı beynəlxalq səviyyədə Fransa və digər havadarları ilə bir yerdə əks-təbliğat kampaniyası aparmaqdadır. Eyni zamanda İrəvan diplomatik savaş apararkən guya sülhə hazır olduğunu da dilə gətirir. Ermənistan Azərbaycanı etnik təmizləmədə ittiham edib onu beynəlxalq məhkəmələrə verməklə yanaşı, eləcə də sülhə hazır olduğunu deyir. Biz bu söhbətləri çox eşitdik. Ermənistan öz ordu qalıqlarını Qarabağda saxlayanda da sülhə hazır olduğunu deyirdi. Hansı ki, Azərbaycan 3 ilə yaxındır ki, Ermənistandan üçtərəfli bəyanatın yerdə qalan şərtlərini yerinə yetirməyi tələb edirdi. İrəvandan gələn son açıqlamalar sözdə deyilən növbəti bəyanatdır və konkret əmələ əsaslanan bir açıqlama deyil”. 

Siyasi təhlilçi aydınlaşdırıb ki, bütün məsələlər Ermənistanın özünün müstəqil şəkildə verə biləcəyi qərarlardan asılıdır: 

“Ermənistan 2 şərtdə masaya otura bilir. Ya özü müstəqil şəkildə qərar verir, Azərbaycanla və Türkiyə ilə barışır və sülh müqaviləsi imzalanır, ya da bu gün Ermənistanın arxasında duran Fransa və ABŞ İrəvana təzyiq edib onu masaya oturda bilər. Ortada 2 variant var, lakin Ermənistanın havadarları hələlik niyyətdə deyil. O cümlədən Ermənistanın müstəqil qərar vermə imkanları yoxdur. Ermənistan uzun illər özünü müstəqil dövlət adlandırsa da, 30 il ərzində müstəqil qərarlar verə bilməyib, əksinə, hər zaman kənardan gələn direktivləri yerinə etdirib. Ona görə də mən yaxın perspektivdə danışıqların başlaması üçün ümidli deyiləm”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!