Azərbaycan “ən yaxşı” oldu – Davam üçün nə lazımdır?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan “ən yaxşı” oldu – Davam üçün nə lazımdır?

İqtisadiyyat

29 Noyabr 2019 11:46 987


Noyabrın 28-də Moskvada “National Geographic Traveler” jurnalı tərəfindən təşkil olunan “National Geographic Traveler Awards 2019” müsabiqəsində Azərbaycan İtaliya və Böyük Britaniyanı qabaqlayaraq “Ən yaxşı ekskursiya istiqaməti” nominasiyası üzrə qalib seçilib.

“Yeni Sabah” xəbər verir ki, “Nat-geo.ru” saytı vasitəsilə onlayn səsvermə əsasında aparılan müsabiqədə 450 mindən çox insan iştirak edib.

Cari ilin 29 iyunundan 31 oktyabrınadək davam edən səsvermədə ən populyar turizm növləri və ən yaxşı turizm istiqamətləri üzrə 24 nominasiya yer alıb. pizza hut

Sayca 9-cu dəfə keçirilən müsabiqədə 50-dən artıq ölkənin turizm məhsulları və turizm istiqamətləri səsverməyə çıxarılıb.

Hər il keçirilən “National Geographic Traveler Awards” müsabiqəsi səyahətçilər üçün ən yaxşı istirahət yerlərini müəyyən edir, həmçinin yeni səyahət marşrutlarının yaranmasını stimullaşdırır.

Məlumat üçün bildirək ki, “National Geographic Traveler” jurnalı “National Geographic Partners” korporasiyası tərəfindən Rusiya da daxil olmaqla, dünyanın bir çox ölkəsində dərc olunur və jurnalda səyahət mövzuları üzrə məqalələr dərc olunur.

Azərbaycanda turizmə qoyulan sərmayə nəhayət ki, bu kimi tədbirlərdə özünü göstərməkdədir. Azərbaycan – Rusiya arasında turizm sahəsindəki əməkdaşlığın genişlənməsi isə real olaraq Azərbaycana gələn rus turistlərin sayında təsbit olunur. 

Əsasən qonşu ölkələrin və Avropanın turizm bazarından turist cəlb etməyə maraqlı olan Azərbaycanı turizm ölkəsi kimi dünyada tanıtmaq üçün seçdiyi yol - reklam-təbliğat, məlumat-sorğu fəaliyyətinin canlandırılması, beynəlxalq proqramlar çərçivəsində regional mədəni turizm marşrutlarının yaradılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin nə qədər vacib olduğu ortaya çıxır. Bu sahədə uğurlu nəticələrin əldə edilməsi üçün dövlət qurumları və yerli strukturlar marketinq, təbliğat işlərini birgə həyata keçirməlidirlər, çünki yalnız uğurlu strategiya əsasında həyata keçirilən layihələr ölkə turizminin inkişafına müsbət təsirini göstərəcək, ölkəmizə gələn turistlərin sayını artacaq.

Ötən il Azərbaycanın “Yenidən fərqli baxışla bax” (“Take another look”) şüarı ilə yeni milli turizm brendinin təqdim olunması, Gədəbəydə Milli Yaylaq Festivalının, Xınalıq Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda “Dağların başı” layihəsi çərçivəsində musiqi festivalının, Şamaxıda I Azərbaycan Üzüm və Şərab Festivalının və s. keçirilməsini, Azərbaycanın turizm brendinin tanıtım çarxının Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) təşkilatı tərəfindən keçirilən müsabiqənin onlayn səsverməsinə təqdim edilməsini, bir sıra ölkələrdə Azərbaycanın rəsmi turizm nümayəndəliklərinin açılmasını bu təbliğat işlərinin bir hissəsi saymaq olar.

İndiyədək dövlət qurumları tərəfindən Azərbaycanın tanıdılması üçün həyata keçirilən müxtəlif layihələr artıq öz müsbət nəticələrini verməkdədir. Yalnız bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz çoxalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!