Azərbaycan Ermənistana xəbərdarlıq etdi: “Qəti tədbirlər vasitəsilə...“

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ermənistana xəbərdarlıq etdi: “Qəti tədbirlər vasitəsilə...“

Maraqlı

02 İyun 2021 15:27 1217


"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür".

Yenisabah.az xəbər verir ki, bu fikirlər Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin yaydığı birgə məlumatda bildirilib.

"Azərbaycan Respublikasının dövlət sərhədlərinin pozulması və ölkəmizin ərazisinə Ermənistan silahlı qüvvələrinin müdaxiləsi hallarının qarşısı bundan sonra da qəti tədbirlər vasitəsilə alınacaq. Ermənistan məsuliyyətli davranmalı, qonşu dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməli və regionda vəziyyəti gərginləşdirə biləcək təxribatlardan çəkinməlidir", məlumatda qeyd olunub. Dördpendirli pizza

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti Kəlbəcərdə Azərbaycan sərhədini pozan erməni hərbçilərinin ərazidən çıxarılması ilə bağlı məlumat yayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!