“Azərbaycan futbol üzrə dünya çempionatını  keçirə biləcək”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan futbol üzrə dünya çempionatını keçirə biləcək”

İdman

22 May 2019 13:50 1265


“Futbol bu gün dünyanın maraq göstərdiyi, bəlkə də siyasətin qarışdığı hadisəyə çevrilib. Azərbaycanda futbola maraq həddindən artıq böyükdür. Amma iş burasındadır, futbol yarışımıza təəssüf ki, siyasi yanaşmalar da artıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu deputat , YAP-ın siyasi şurasının üzvü Aydın Mirzəzadə Azərbaycanda keçiriləcək Avroliqadan danışarkən bildirib. O qeyd edib ki, Azərbaycan bu yarışı keçirmək hüququnu heç də asanlıqla əldə etməyib:

“Bu, sıra növbəsi ilə ölkəmizə verilməyib. Bu, Azərbaycana bir peşkəş deyil. Bizdən başqa Avropanın iki şəhəri də yarışı keçirmək uğrunda mübarizə aparırdı. Lakin ölkəmizin təklif etdiyi variant, hazırlıqlar daha önəmli oldu. Söhbət təkcə stadiondan getmir. Bakı Olimpiya Stadionu bu gün ən müasir tələblərə cavab verir, möhtəşəm yarışları keçirmək imkanındadır. Nəzərə alsaq ki, bir çox ölkələrdən çox saylı tamaşaçılar gəlir. 60 minlik stadionumuzun yəqin ki, 40 mini xaricilər olacaq. Azərbaycan narahat bir regionun qonşuluğunda yerləşir. Amma  buna baxmayaraq təhlükəsizlik yüksək səviyyədədir. pizza mizza

O gün uzaqda deyil – Biz artıq futbol üzrə dünya çempionatını , ümumdünya olimpiyalarını keçirə biləcəyik. Niyə də keçirtməyək? Biz kimdən əskiyik?

Azərbaycanın idman strukturu kifayət qədər inkişaf edib. Mayın 29-u biz doğrudan da futbol bayramı olacaq”.

A.Mirzəzadə bildirib ki, futbol yarışı ətrafında qeyri-sağlam bir hərəkat da göründü:

“İlk növbədə futbolun vətəni sayılan İngiltərədən bu cür yanaşma müşahidə edildi. İngiltərə, indiyə qədər yüzlərlə futbol çempionatı keçirmisən və məhz azərbaycanlı hakim Tofiq Bəhramovun hesabına 1966-cı ildə dünya çempionluğu qazanmısan. Nə səbəbdən belə bir qısqanclıq, paxıllıq? Qoy Böyük Britaniyanın burdakı səfiri çıxıb desin ki, Azərbaycanda filan təhlükə var. Əksinə İngiltərənin qərəzli rəyindən sonra səfir bildirib ki, Azərbaycanda heç bir təhlükə yoxdur”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!