Güləşçilərimiz beynəlxalq yarışın ilk günündə 4 medal qazandılar

saytların hazırlanması

Evə çatdırılma

Güləşçilərimiz beynəlxalq yarışın ilk günündə 4 medal qazandılar

İdman

06 Sentyabr 2025 23:56 409


Azərbaycan güləşçiləri Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Universiadasının ilk günündə 4 medal qazanıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.

"Ruh Ordo" mədəniyyət mərkəzinin idman zalında keçirilən yarışlarda bu gün 6 çəkidə mübarizə baş tutub. Yunan-Roma güləşçilərimizdən Vədat Qasımlı (60 kq) qızıl, Əli Quliyev (97 kq) gümüş, Cavad Məmmədov (77 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə isə Ramik Heybətov (74 kq) üçüncü yeri tutub. pizza mizza

Universiadada güləş yarışlarına sabah yekun vurulacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!