Azərbaycan-Gürcüstan sərhədində 20 kilometrlik tıxac yarandı - Video

Azərbaycan-Gürcüstan sərhədində 20 kilometrlik tıxac yarandı - Video

Hadisə Veb saytların hazırlanması

07 Dekabr 2023 00:20 1222


Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Mazımqara” gömrük keçid məntəqəsində sıxlıq yaranıb.

Bildirilib ki, burada noyabr ayının 1-dən etibarən böyük sıxlıq yaşanır. Tranzit yükdaşıma maşınları tıxacın olmasından və sıxlığın yaşanmasından əziyyət çəkirlər. Bu sıxlıq Balakən rayonunun Katex kəndindən etibarən gömrük postunadək 20 kilometr uzunluğundakı yolu əhatə edir.

Ümumilikdə beş yüzə yaxın tranzit yükdaşıma maşınları yolun kənarında gözləyirlər.

Bəs bu problem nədən qaynaqlanır? Nə zaman həllini tapacaq?

Ətraflı AzTV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!