Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının görüşü keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının görüşü keçiriləcək

Siyasət

26 Sentyabr 2019 08:26 942


BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Gürcüstan Xarici İşlər naziri David Zalkaliani və Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov arasında görüş keçirilib.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, görüş zamanı nazirlər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin olduğunu vurğulayaraq, ikitərəfli və çoxtərəfli əməkdaşlığın gündəliyini müzakirə ediblər.

Mövcud məsələləri müzakirə edən nazirlər Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiya komissiyası çərçivəsində görüşlərin bərpa olunmasını və tərəflərin məsələni konstruktiv yanaşma yolu ilə həll etməyə hazır olduqlarını alqışlayıblar.   Pepperoni pizza

Görüşdə Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməmiş hissələrində ekspert qruplarının işi müsbət qiymətləndirilib.

Nazirlər beynəlxalq tranzit və enerji layihələrinin həyata keçirilməsində iki ölkənin əməkdaşlığını yüksək dəyərləndiriblər.

XİN başçıları həmçinin oktyabrda Tbilisidə keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının üçtərəfli görüşünün təşkilati məsələlərini müzakirə ediblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!