“Azərbaycan informasiya savaşında da öndədir“   - Müşfiq Ələsgərli

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan informasiya savaşında da öndədir“ - Müşfiq Ələsgərli

Maraqlı

30 Sentyabr 2020 10:30 1389


"Azərbaycan informasiya savaşında da düşməndən öndədir".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, müharibənin indiki məqamında Rusiyanın “Rossiya l” telekanalının Prezidenti İlham Əliyevlə geniş müsahibə alaraq yayımlaması faktiki olaraq bütün Rusiya Federasiyası  ictimaiyyətinin Qarabağ  ətrafında baş verən hadisələr barədə obyektiv və dolğun informasiya almasını təmin edib:

"RF-in bu müharibədə təsir imkanlarını nəzərə almaqla Prezidentin son müsahibəsinin mahiyyətinə varmaq mümkündür. Prezident bu müsahibə çərçivəsində verilmiş imkanlardan maksimum yararlandı, sentyabrın 27-də Ermənistanın təxribatı nəticəsində başlanmış müharibə haqqında həqiqətləri böyük auditoriyaya çatdırdı. Prezident İlham Əliyev Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında məlumatlandırdı: Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri, döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb. Azərbaycan təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur olub". pizza mizza

Müşfiq Ələsgərli qeyd edib ki, Prezident İlham Əliyev Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını, Ermənistan ordusunun əsas hədəfinin yaşayış məntəqələri və mülki əhali olduğunu faktlarla göstərdi:

"Təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var",-dedi.  Prezident Rusiyanın aparıcı mediasında Türkiyənin  maraqlarını qorudu və qardaş ölkəni müdafiə etdi. Həm münaqişənin mahiyyətini Rusiya ictimaiyyətinin diqqətinə çatdırdı, həm də faktlarla Ermənistanın təxribatçı siyasətini ifşa etdi. Həmçinin Ermənistan hakimiyyətinin avtoritar və diktator mahiyyətini ifşa etdi, Paşinyanın Sorosun əlaltısı olduğunu açıq bəyan etdi. Ermənistan  tərəfindən dövriyyəyə buraxılan yalan məlumatların məqsədini göstərdi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!