Koronavirus pandemiyası bir çöx ölkələrin, xüsusilə də Çinin iqtisadiyyatına böyük ziyan vurub. Ekspertlər hesab edirlər ki, xarici təsirlər Azərbaycan iqtisadiyyatından da yan keçməyəcək. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 52 milyard ABŞ dollar təşkil edir. Bu vəsait ölkə iqtisadiyyatını təlatümlərdən qorumaq üçün yetərlidirmi?
Mövzu ilə əlaqədar “Yeni Sabah”a danışan iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, ölkə iqtisadiyyatı qlobal iqtisadiyyatda baş verən şoklara kifayət qədər davamlıdır: “Təlaşa düşməyə ehtiyac yoxdur. Digər tərəfdən, mövcud vəziyyətdə təkcə Azərbaycan iqtisadiyyatı zərbə almır. Hazırda demək olar ki, dünyanın ən çox inkişaf edən, dünya iqtisadiyyatının aparıcı dövlətləri də əziyyət çəkirlər. Avropa Birliyi ölkələri, Çin, ABŞ, dünya bazarlarında aparıcı rol oynayan böyük şirkətlərin səhmlərinə diqqət yetirsək, görərik ki, onların qiyməti qısa bir müddət ərzində dəfələrlə aşağı düşmüşdür. Neftin qiyməti birdən-birə 60 dollardan 30 dollaradək ucuzlaşdı. Azərbaycan dünya iqtisadiyyatının cüzi bir hissəsi olsa da, hər halda təcrid olunmuş iqtisadiyyat deyil. Mən ona görə təşvişə düşməyə ehtiyac yoxdur deyirəm ki, ölkə iqtisadiyyatındakı dayanıqlılıq, makroiqtisadi göstəricilərdəki sabitlik hələ bir müddət bu şoklara davam gətirə biləcək”.
Azərbaycanın valyuta ehtiyatının 52 milyard dollar olduğunu xatıraldan iqtisadçı deyib ki, bu vəsait neftin qiymətinin düşməsi ilə əlaqədar baş verə biləcək təzyiqləri önləmək üçün yetərlidir: “2015-ci ildə Azərbaycan Mərkəzi Bankı təxminən 11 milyard dollardan çox valyuta ehtiyyatını itirdi. Belə bir halın təkarar baş verməsi arzuolunan deyil. Amma tam mənada da demək olmaz ki, valyuta bazarımızda heç bir dəyişiklik olmayacaq. Sadəcə olaraq, bu gün yeganə arzumuz ondan ibarət olmalıdır ki, dünya iqtisadiyyatındakı çöküş, o cümlədən, neftin qiyməti hazırkı səviyyədə qalmasın. Əgər bu vəziyyət ilin sonunadək davam edərsə, istər Azərbaycan, istərsə də digər ölkələr üçün vəziyyət qənaətbəxş olmayacaq”. Dördpendirli pizza
Sabrina Eldarqızı
Telegram kanalımız