Azərbaycan İranla nəqliyyat sahəsində yol xəritəsi hazırlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan İranla nəqliyyat sahəsində yol xəritəsi hazırlayacaq

Sosial

24 Fevral 2026 17:19 383


Azərbaycanla İran arasında avtomobil və dəmir yolu ilə yükdaşımaların həcminin artırılması, nəqliyyat infrastrukturunun inkişafı məsələləri müzakirə edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

"İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik. Görüşdə avtomobil və dəmir yolu ilə yükdaşımaların həcminin artırılması və nəqliyyat infrastrukturunun inkişafı məsələlərini müzakirə etdik. Bununla bağlı yol xəritəsinin hazırlanması barədə razılıq əldə etdik. Eyni zamanda çoxtərəfli formatda nəqliyyat dəhlizləri üzrə regional əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!