Azərbaycan İrəvandakı qatilləri belə həbs edəcək - Hüquqşünas yollarını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan İrəvandakı qatilləri belə həbs edəcək - Hüquqşünas yollarını açıqladı

Maraqlı

11 Oktyabr 2023 11:59 425


“Qarabağdan Ermənistana qaçan separatçı ünsürlərin cinayət əməlləri kifayət qədər faktlarla əsaslandırılıb. O cümlədən bu, həbs olunan şəxslərə münasibətdə də özünü göstərib”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış hüquqşünas, BDU-nun professoru Qulamhüseyn Əlibəyli deyib. 

Müsahibimiz Qarabağdan Ermənistana qaçan separatçı rejim nümayəndələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı atılmalı olan hüquqi proseduralardan, habelə yekun sülh müqaviləsində bununla əlaqədar müddəanın olub-olmayacağı ehtimalından söz açıb.  Toyuqlu pizza

Q. Əlibəyliyə görə, bu gün hüquq-mühafizə sistemimiz lazımi qaydada beynəlxalq standartlara uyğun olaraq sübutların toplanması prosesini həyata keçirir: 

“İndi Azərbaycanın Ermənistanla heç bir diplomatik və yaxud tərəfdaşlıq əlaqələri yoxdur. Ona görə də bu şəxslərin verilməsini, prinsip etibarilə, tələb etmək olar, amma ikitərəfli müqavilə olmadığı üçün Ermənistan bundan imtina edəcək”. 

Hüquqşünas ekstradisiya ilə bağlı digər məqamları da diqqətə çatdırıb:

“Digər tərəfdən isə Ermənistan və Azərbaycan Avropa Şurasının üzvüdür. Eyni zamanda Avropa Şurasının “Cinayətkarların ekstradisiyası haqqında” qərarı var ki, biz həmin qərara uyğun olaraq, Ermənistana qaçan, əli sıravi azərbaycanlıların qanına batan şəxsləri tələb edə bilərik. Qısacası, bu şəxslər barəsində cinayət işi beynəlxalq təşkilatlara, “Interpol”a təqdim olunmalı və həmin şəxslər üçüncü dövlətlərdə məskunlaşdıqda onların Azərbaycana təhvil verilməsi məsələsi qaldırılmalıdır. Hüquqi prosedur yolu bundan ibarətdir”. 

Onun fikrincə, Azərbaycan sülh müqaviləsinin imzalanmasında da tələb edə bilər ki, Azərbaycana qarşı müharibə, insanlıq əleyhinə və hərbi cinayətlər törətməkdə təqsirkar olan şəxslərin də ölkəmizə verilməsini məsələsini ortaya qoyulsun. Həmsöhbətimiz düşünür ki, bu barədə ölkəmiz lazımi addımları atmalıdır. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!