“Azərbaycan istədiklərini alacaq, çünki Paşinyan İlham Əliyevlə bərabər liderlər kimi müzakirə apara bilməz”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan istədiklərini alacaq, çünki Paşinyan İlham Əliyevlə bərabər liderlər kimi müzakirə apara bilməz”

Siyasət

21 Noyabr 2021 17:48 1867


"Dekabrın 15-də Brüsseldə keçirilməsi planlaşdırılan Əliyev- Paşinyan görüşündən Ermənistanın xeyrinə heç nə çıxmayacaq. Çünki, Paşinyan İlham Əliyevlə bərabər şəkildə müzakirə apara və hansısa uğur qazana bilməz."

Yenisabah.az xəbər verir ki, bunu erməni politoloq Qaqik Hambaryan Ermənistan mediasına açıqlamasında deyib.

"Azərbaycan görüşdən əvvəl güclü mövqedən çıxış edərək, nə istədiyini gizlətmir və istədiklərini mütləq alacaq",- deyə erməni politoloq qeyd edib. Sezar pizza

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə telefon danışığından sonra dekabrın 15-də Brüsseldə Aİ-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşün keçirilməsi barədə razılığa gəliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!