Azərbaycan istehsalı olan maşınların sayı açıqlandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan istehsalı olan maşınların sayı açıqlandı - Foto

Avto

17 Aprel 2021 17:11 1883


Azərbaycan mart ayında minik avtomobili istehsalını fevral ayına nəzərən artırıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin yanvar-mart ayları ərzində ölkəmiz 408 ədəd minik avtomobili istehsal edib.

Bu istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 39,3 faiz və ya 264 ədəd azdır. pizza hut

Təkcə mart ayında isə ölkədə 192 ədəd minik avtomobili istehsal edilib ki, bu da əvvəlki ayla müqayisədə 60 faiz və ya 72 ədəd çoxdur.

Müvafiq dövr ərzində ölkəmizdə 90 ədəd traktor istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 ədəd və ya 5,9 faiz çoxdur. Təkcə mart ayında isə 39 ədəd traktor istehsal edilib.

Ümumilikdə isə 2021-ci ilin ilk üç ayı ərzində 60,6 milyon manatlıq maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı isə 2,4 dəfə artıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!