Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirildi

İdman

22 Aprel 2025 20:52 342


Futbol üzrə Azərbaycan Kubokunun final oyununun keçiriləcəyi tarix dəyişdirilib.

Yenisabah.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Bakıda mayın 21-də başlayacaq minifutbol üzrə dünya çempionatıdır. Mötəbər yarışın final matçı 1 iyun tarixinə təsadüf edəcək.

Bununla əlaqədar olaraq, Minifutbol Federasiyası PFL-ə Azərbaycan Kubokunun final matçının tarixinin dəyişdirilməsi ilə bağlı müraciət edib. Buna müsbət rəy verən qurum həlledici matçın iyunun 1-də deyil, mayın 31-də təşkil olunması barədə qərar qəbul edib. pizza hut

Qarşılaşma saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!