Azərbaycan mədəniyyətinə ağır itki - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan mədəniyyətinə ağır itki - Foto

Mədəniyyət

01 Noyabr 2022 20:49 1994


Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Leyla Səfərova vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Film Fondu məlumat yayıb.

Bildirilib ki, Leyla Həzrət qızı Səfərova 15 oktyabr 1945-ci ildə anadan olmuşdur. 1974-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. “Mosfilm” kinostudiyasında "Əbədi təkanverici qüvvə" (1979), “Oğul” (1982) bədii filmlərini lentə almışdır. Azərbaycan Televiziyasında “Firəngiz Qurbanova – rəssam və rejissor” (1986), “Aslan və pişik” (1986); “Azərbaycanfilm” kinostudiyasında “Kölgədə 40 dərəcə isti” (1988) bədii; “Birlik” studiyasında “Naməlum torpaq” (1992), “İstiqlal şairi” (1996), “Ana” (1996), “Mərhəmət” (1998) və başqa sənədli filmləri lentə almışdır. Leyla Səfərovanın ssenariləri əsasında “Seans” (1995), “Zəka yatarsa” (1996), “Təhlükə sovuşdu” (1998) animasiya filmləri yaradılıb. Marqarita pizza

2016-cı ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!