“Azərbaycan məni də tələb edəcək” - Movses Akopyan

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan məni də tələb edəcək” - Movses Akopyan

Maraqlı

30 Sentyabr 2023 19:12 6037


Ermənistanın silahlı qüvvələri baş qərargahının keçmiş rəisi, keçmiş baş hərbi müfəttiş, general-polkovnik Movses Akopyan yerli mətbuata müsahibəsində bildirib ki, Azərbaycanın növbəti hədəfi o olacaq.

“Bilirəm ki, onlar məni də tələb edəcəklər. Ola bilər ki, Ermənistan rəhbərliyi məni təhvil verməyə çalışsın, amma buna nail olmayacaqlar”, - Akopyan qeyd edib.

Xatırladaq ki, Akopyan Azərbaycanın Xocavənd rayonunda anadan olub. O, 2007-2015-ci illərdə qondarma separatçı rejimin “müdafiə naziri” işləyib. Dominos pizza

Bununla yanaşı, Akopyan həm də Ermənistanın təhlükəsizlik şurasının hazırkı katibi Armen Qriqoryanın dayısıdır. O, sonuncu dəfə Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin rəisi vəzifəsində işləyib və baş nazir Nikol Paşinyanla ziddiyyətlərinə görə vəzifəsindən istefa verib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!