Azərbaycan Mərkəzi Bankı “Azərpoçt”u və onun vəzifəli şəxsini cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Mərkəzi Bankı “Azərpoçt”u və onun vəzifəli şəxsini cərimələdi

İqtisadiyyat

08 Aprel 2025 22:34 291


Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Bu barədə Oxu.Az-a AMB-dən məlumat verilib.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb. Marqarita pizza

Odur ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarları ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən, "Azərpoçt" 50 min manat, 598.1.1-ci, 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən isə, onun vəzifəli şəxsi 10 min manat cərimələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!