“Azərbaycan millisi fantastik qələbə qazandı” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan millisi fantastik qələbə qazandı” - Qurban Qurbanov

Minifutbol 2025

27 May 2025 23:51 8690


"Çox xoş oldu, gözəl ab-hava var idi. Nəticədən öncə buradakı atmosfer çox cəlbedici idi".

Yenisabah.az Teleqraf-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Rumıniyaya qalib gəldiyi 1/8 final oyunu barədə danışarkən deyib.

53 yaşlı mütəxəssisin sözlərinə görə, bu, bir daha Azərbaycanda futbola marağın olduğunu və minifutbolun da sevildiyini göstərir: "Sadəcə, azarkeşləri bir az da fəallaşdırmaq lazımdır. Əlbəttə, onları öz oyunumuzla, işimizlə cəlb etməliyik". pizza mizza

O, son dünya çempionu üzərində qələbəni çox fantastik adlandırıb: "Bu, futbolda final oyununa bərabər idi. Penalti seriyasında qalibiyyət əldə etdik. Oyundan çox həzz aldım".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!