Azərbaycan Minsk qrupundan imtina edə bilərmi? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Minsk qrupundan imtina edə bilərmi? - Açıqlama

Siyasət

20 Noyabr 2020 19:07 1582


“ATƏT-in Minsk qrupundan imtina etmək asan məsələ deyil”.

Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Tofiq Abbasov Azərbaycanın Minsk qrupundan imtina etməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, Rusiya-Azərbaycan-Ermənistanın üçlü bəyanat imzalaması münaqişənin tam həll olunması demək deyil:

“Lokal müharibə bitsə də, münaqişənin siyasi sferası hələ də davam edir. Ordumuzun uğurları Minsk qrupunun danışıq formatının və məsələnin ardıcıllığının dəyişməsinə səbəb oldu. Hazırda Minsk qrupunun əvvəlki formatı dağılıb. İndi bizə yeni təkliflər verməlidirlər. Ümumilikdə, təkliflərin məzmunu yenilənəcək. Amma Minsk qrupundan tamamilə imtina etmək mümkün deyil. Lakin formatın, danışıqlar masasında məsələlərin ardıcıllığının dəyişdirilməsi mümkündür. Hesab edirəm ki, hərbi uğurlarımızdan sonra həmin format Azərbaycanın tələblərinə uyğun diktə olunacaq”. /Redaktor.az pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!