Azərbaycan-NATO tərəfdaşlığının perspektivləri müzakirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-NATO tərəfdaşlığının perspektivləri müzakirə olundu

Siyasət

19 Mart 2026 20:54 802


Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə alyansın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi, səfir Kevin Hemiltonla görüşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" sosial şəbəkə hesabındakı paylaşımında bildirilir.

Məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və NATO arasında tərəfdaşlığın gələcək perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli müzakirələr aparıblar. pizza sifarişi

NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin vətəndaşlarının və diplomatik heyətinin İrandan təhlükəsiz təxliyəsində Azərbaycanın mühüm rolu qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!