Azərbaycan nefti bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat

10 Oktyabr 2019 22:29 745


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 9-da 62,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,38 dollar/barel çoxdur.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel çoxdur. Pepperoni pizza

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,35 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,77 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,38 dollar/barel çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!