Azərbaycan nefti bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat

21 Noyabr 2019 22:26 1011


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 20-də 67,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,22 dollar/barel çoxdur.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,23 dollar/barel çoxdur. pizza sifarişi

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,30 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,51 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,48 dollar/barel çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!