Azərbaycan nefti bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat

13 Dekabr 2019 20:46 1027


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 70,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,59 dollar/barel çoxdur.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel çoxdur. pizza hut

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,31 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 66,84 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!