Azərbaycan nefti ucuzlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat

15 Oktyabr 2019 23:30 933


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 14-də 62,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,67 dollar/barel azdır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,51 dollar/barel azdır. pizza mizza

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 53,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,56 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,09 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,83 dollar/barel azdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!