Azərbaycan nefti ucuzlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat

04 Dekabr 2019 22:21 910


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 66,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,61 dollar/barel azdır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,56 dollar/barel azdır. Marqarita pizza

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,3 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel azdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!