Azərbaycan nefti ucuzlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat

12 Dekabr 2019 22:41 1070


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 11-də 68,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,85 dollar/barel azdır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,9 dollar/barel azdır. pizza mizza

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,97 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 65,44 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel azdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!