Azərbaycan nefti yenə ucuzlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti yenə ucuzlaşdı

İqtisadiyyat

24 Dekabr 2019 21:31 876


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 23-də 67,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,6 dollar/barel azdır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,63 dollar/barel azdır. Toyuqlu pizza

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 67,84 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel azdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!